Azərbaycanın aparıcı çay istehsalçısının xalis mənfəəti 52 % artıb

Azərbaycanın aparıcı çay istehsalçısı “Best-Tarm” QSC 2022-ci ili 17,104 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 51,9% çoxdur.

Ötən il “Best-Tarm”ın vergiyəqədərki mənfəəti 12,202 milyon manat (əvvəlki ilə nisbətən 59 % çox), mənfəət vergisi ödəmələri isə 2,44 milyon manat (59 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Best-Tarm”ın aktivləri 30,292 milyon manat olub ki, bu da illik müqayisədə 8 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 10,3 % azalaraq 24,156 milyon manata düşüb, balans kapitalı isə 5,3 dəfə artaraq 6,136 milyon manata çatıb.

Xatırladaq ki, “Best-Tarm” 2022-ci ildə “Beta” Firmasının adını və təşkilati-hüquqi formasını dəyişərək yenidən təşkil olunması ilə yaradılıb. Onun nizamnamə kapitalı 17 min manatdır. Şirkətin səhmdarları hər biri 33,3 % payla Türkiyə vətəndaşları Əkrəm, Bəşir və Cəlal Uğur qardaşlarıdır. Şirkət Azərbaycanda “Beta”, “Champion” və “Xəzər” çaylarının istehsalçısıdır.

Digər xəbərlər