Azərbaycanın aparıcı broyler müəssisəsi ötən ili mənfəətlə başa vurub

“Qaraqaşlı Broyler” ASC 2021-ci ili 82 min manat xalis mənfəətlə başa vurub.

“Report” bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Qaraqaşlı Broyler”in vergiyəqədərki mənfəəti 102 min manat, mənfəət vergisi ödəmələri isə 20 min manat təşkil edib.

Bu il yanvarın 1-nə “Qaraqaşlı Broyler”in aktivləri, eyni zamanda öhdəlikləri 12,624 milyon manat olub ki, bu da, illik müqayisədə 10,7 % azdır. Şirkətin balans kapitalı olmayıb.

Xatırladaq ki, “Qaraqaşlı Broyler” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,503 milyon manatdır. “Qaraqaşlı Broyler” ASC “ŞƏFA” əmtəə nişanı ilə məhsul istehsal edir.

Digər xəbərlər