Azərbaycanda I yarımildə kapital və maliyyənin hərəkəti balansında 3 milyard dollar kəsr yaranıb

Bu ilin I yarısında Azərbaycanın kapital və maliyyənin hərəkəti hesabının mənfi saldosu (ölkədən kapital və maliyyə axını) təxminən 3 milyard ABŞ dolları təşkil edib.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında keçirilən mətbuat konfransında qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.

Onun sözlərinə görə, yanvar-iyun aylarında Azərbaycanın xalis maliyyə aktivləri 3,3 milyard ABŞ dolları, xalis maliyyə öhdəlikləri isə 0,3 milyard ABŞ dolları artıb.

Digər xəbərlər

IMF AMB-yə tövsiyələr verib 14 oktyabr, 2026 / 15:33