Bakı. 2 aprel. REPORT.AZ/ "Report" informasiya agentliyinin analitik qrupu Azərbaycanda fəaliyyət göstərən bank təşkilatlarının 2015-ci il yanvarın 1-nə olan istehlak kreditlərinin 2014-cü il yanvarın 1-nə nisbətən illik dinamikası üzrə renkinqini hazırlayıb.
Aşağıdakı cədvəldə bankların istehlak kreditlərinin illik dinamikasına görə ilk onluğu (TOP-10) əks olunub:
| № | Banklar | İllik dinamika (%) |
| 1 | MuğanBank | 112,95 |
| 2 | Bank Technique | 58,84 |
| 3 | VTB Azerbaijan | 45,84 |
| 4 | AFB Bank | 41,33 |
| 5 | ExpressBank | 30,97 |
| 6 | Azərbaycan BeynəlxalqBankı | 22,18 |
| 7 | AccessBank | 19,81 |
| 8 | ZaminBank | 16,17 |
| 9 | YapıKredi Bank Azərbaycan | 15,03 |
| 10 | Unibank | 13,75 |
*Qeyd edək ki, tam siyahı ilə tanış olmaq üçün "Report" agentliyinin iqtisadi informasiya bülleteninə abunə olmaq lazımdır.