Bu ilin yanvar-may aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 2 milyard 967,9 milyon ABŞ dolları məbləğində satış olub.
“Report” bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 98,9 % və yaxud 2 dəfə çoxdur.
Təkcə bu ay isə valyuta satışının məbləği 558,6 milyon dollar təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 2 dəfə çoxdur.