“Star Sığorta Agentliyi” MMC-nin müraciətinə əsasən ona sığorta agenti fəaliyyətinə verilmiş 8 noyabr 2013-cü il tarixli lisenziya ləğv edilib.
"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bununla bağlı qərar "Sığorta fəaliyyəti haqqında” qanunun 107.1.1-ci maddəsinə əsasən qəbul edilib.