Ötən il iyulun 1-nə təmassız ödənişləri qəbul edən POS-terminalların sayı ümumi POS-terminalların 64,9 %-ni təşkil etdiyi halda, bu il yanvarın 1-nə bu göstərici 71,8 % təşkil edib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı Ödəniş Sistemləri üzrə Yarımillik İcmalda bildirilir.
Sənədə əsasən, təmassız ödənişləri qəbul edən POS-terminalların sayı isə ötən il ərzində 28,5 % artaraq 43 920 ədəd təşkil edib.
Ötən ildə kart infrastrukturunun inkişafında müsbət tendensiya müşahidə edilib. Yanvarın 1-nə ölkədə 2 970 bankomat, 61 178 ədəd POS-terminal mövcud olub ki, bunlar da əvvəlki ilin göstəriciləri ilə müqayisədə müvafiq olaraq 6,9 % və 6,7 % çoxdur.
2021-ci ilin sonuna bankların quraşdırdığı ödəniş terminallarının sayı illik müqayisədə 4,3 % azalaraq 1 845 ədəd təşkil edib.