Bakı. 6 oktyabr. REPORT.AZ/ İndiyə qədər Azərbaycandakı mikromaliyyə təşkilatları toplam olaraq 20 mlrd. manat məbləğində 5 mln.-dan artıq kredit verib.
“Report” xəbər verir ki. bunu Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) icraçı direktoru Jalə Hacıyeva Bakıda keçirilən “Azərbaycanda mikromaliyyənin gələcəyi - çətinlikləri və imkanlar” adlı V İnvestorlar Yarmarkasında deyib.
Onun sözlərinə görə, bu kreditlər əsasən kənd yerlərində yaşayanlara, kənd təsərrüfatı sektoruna verilib.
J.Hacıyeva həmçinin qeyd edib ki, Azərbaycanda “Kredit Zəmanət Fondu” ASC-nin yaradılması sahibkarların maliyyə resurslarına çıxışının artırılması ilə yanaşı maliyyə bazarında rəqabət mühitini gücləndirəcək.