Azərbaycandakı kredit ittifaqları bu ilin I yarısını 0,3 milyon manat xalis zərərlə başa vurub.
“Report” bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, 6 ay ərzində kredit ittifaqlarının əməliyyat gəlirləri 1,3 milyon manat, əməliyyat xərcləri 0,5 milyon manat, xüsusi ehtiyatlara ayırmaları isə 1,1 milyon manat təşkil edib.
Bu il iyulun 1-nə kredit ittifaqlarının aktivləri 15,8 milyon manat olub. Bunun 14,1 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir.
Hesabat tarixinə kredit ittifaqlarının öhdəlikləri 6 milyon manat, o cümlədən aldıqları kreditlər 5,9 milyon manat, balans kapitalı isə 9,8 milyon manat, o cümlədən nizamnamə kapitalı 8,3 milyon manat təşkil edib.