"Bakı Fond Birjası" QSC (BFB) bu ilin yanvar-noyabr ayları üzrə birja üzvlərinin dövriyyəsi üzrə renkinqini açıqlayıb.
"Report" Birjaya istinadən xəbər verir ki, renkinqə 7 836 583 750 manatlıq göstərici ilə "PAŞA Kapital İnvestisiya Şirkəti” QSC başçılıq edir.
Növbəti yerlərdə 3 640 057 060 manatla "AzFinance İnvestisiya Şirkəti" QSC, 1 620 430 382 manatla “Xalq Kapital İnvestisiya Şirkəti” QSC, 1 275 873 872 manatla “İnvest-AZ İnvestisiya Şirkəti", 609 876 560 manatla “Unicapital İnvestisiya Şirkəti” QSC, 475 012 729 manatla "PSG Kapital İnvestisiya Şirkəti" QSC və 260 691 483 manatla "BTB Kapital İnvestisiya Şirkəti" QSC qərarlaşıb.
| № | İnvestisiya şirkətləri | Əməliyyatların həcmi, AZN |
| 1 | Paşa Kapital | 7 836 583 750 |
| 2 | AzFinance | 3 640 057 060 |
| 3 | Xalq Kapital | 1 620 430 382 |
| 4 | İnvest-Az | 1 275 873 872 |
| 5 | Unicapital | 609 876 560 |
| 6 | PSG Kapital | 475 012 729 |
| 7 | BTB Kapital | 260 691 483 |
| 8 | Kapital Menecment | - |