Bakı. 21 dekabr. REPORT.AZ/ "Bakı Fond Birjası" QSC (BFB) bu ilin yanvar-noyabr ayları üzrə birja üzvlərinin dövriyyəsi üzrə renkinqini açıqlayıb.
"Report" Birjaya istinadən xəbər verir ki, renkinqə 7 931 mln. manatlıq göstərici ilə "PAŞA Kapital İnvestisiya Şirkəti” QSC başçılıq edir.
Növbəti yerlərdə 4 715 mln. manatla “Unicapital İnvestisiya Şirkəti", 4 038 mln. manatla "AzFinance İnvestisiya Şirkəti" QSC, 3 998 mln. manatla “İnvest-Az İnvestisiya Şirkəti” QSC, 1 829 mln. manatla “Xalq Kapital İnvestisiya Şirkəti” QSC, 498 mln. manatla "PSG Kapital İnvestisiya Şirkəti" QSC qərarlaşıb.
| № | İnvestisiya şirkətləri | Əməliyyatların həcmi, AZN |
| 1 | Paşa Kapital | 7 931 301718,28 |
| 2 | Unicapital | 4 715378 840,27 |
| 3 | AzFinance | 4037940340,64 |
| 4 | İnvest-Az | 3 998 261353,10 |
| 5 | Xalq Kapital | 1 829426925,17 |
| 6 | PSG Kapital | 497 498 655,27 |
| 7 | Kapital Menecment | - |
Qeyd edək ki, "İnvest-Az İnvestisiya Şirkəti" törəmə maliyyə alətləri bazarında likvidlik təminatçısı kimi çıxış edir.