Bakı. 21 avqust. REPORT.AZ/ Bakı Fond Birjası (BFB) 2018-ci ilin yanvar-iyul ayları üzrə birja üzvlərinin dövriyyəsi üzrə renkinqini açıqlayıb.
"Report" Birjaya istinadən xəbər verir ki, renkinqə 4 168 mln. manatlıq göstərici ilə "Paşa Kapital İnvestisiya Şirkəti” başçılıq edir.
Növbəti yerlərdə 3 216 mln. manatla “Unicapital İnvestisiya Şirkəti", 2 872 mln. manatla “İnvest-Az İnvestisiya Şirkəti” QSC, 2 844 mln. manatla "AzFinance İnvestisiya Şirkəti" QSC, 903 mln. manatla “Xalq Kapital İnvestisiya Şirkəti” QSC, 354 mln. manatla "PSG Kapital İnvestisiya Şirkəti" QSC qərarlaşıb.
| № | İnvestisiya şirkətləri | Əməliyyatların həcmi, AZN |
| 1 | Paşa Kapital | 4 168 252 001,36 |
| 2 | Unicapital | 3 215 646 244,88 |
| 3 | İnvest-Az | 2 872 241 250,21 |
| 4 | AzFinance | 2 844 466 444,86 |
| 5 | Xalq Kapital | 903 213 606,71 |
| 6 | PSG Kapital | 254 341 800,97 |
| 7 | Kapital Menecment | - |
Qeyd edək ki, "İnvest-Az İnvestisiya Şirkəti" törəmə maliyyə alətləri bazarında likvidlik təminatçısı kimi çıxış edir.