"Bakı Fond Birjası" QSC (BFB) bu ilin yanvar-avqust ayları üzrə birja üzvlərinin dövriyyəsi üzrə renkinqini açıqlayıb.
"Report" Birjaya istinadən xəbər verir ki, renkinqə 6 309 855 214 manatlıq göstərici ilə "PAŞA Kapital İnvestisiya Şirkəti” QSC başçılıq edir.
Növbəti yerlərdə 2 357 547 262 manatla "AzFinance İnvestisiya Şirkəti" QSC, 1 333 977 733 manatla “Xalq Kapital İnvestisiya Şirkəti” QSC, 1 009 571 102 manatla “İnvest-AZ İnvestisiya Şirkəti", 480 148 615 manatla “Unicapital İnvestisiya Şirkəti” QSC, 328 128 531 manatla "PSG Kapital İnvestisiya Şirkəti" QSC və 125 227 157 manatla "BTB Kapital İnvestisiya Şirkəti" QSC qərarlaşıb.
| № | İnvestisiya şirkətləri | Əməliyyatların həcmi, AZN |
| 1 | Paşa Kapital | 6 309 855 214 |
| 2 | AzFinance | 2 357 547 262 |
| 3 | Xalq Kapital | 1 333 977 733 |
| 4 | İnvest-Az | 1 070 571 102 |
| 5 | Unicapital | 480 148 615 |
| 6 | PSG Kapital | 328 128 531 |
| 7 | BTB Kapital | 125 227 157 |
| 8 | Kapital Menecment | - |