Bakı. 8 may. REPORT.AZ/ Bakı Fond Birjası (BFB) bu ilin yanvar-aprel aylarında dövlət və korporativ qiymətli kağızlar bazarı sektorunda göstərilmiş xidmətlərin məbləğinə görə investisiya şirkətlərinin renkinqini açıqlayıb.
"Report" Birjaya istinadən xəbər verir ki, renkinqə 1 847 163 512 manatlıq göstəricisi ilə "Unicapital İnvestisiya Şirkəti" ASC başçılıq edir. Növbəti yerlərdə 638 665 256 manatla "İnvest-Az İnvestisiya Şirkəti" QSC , 612 172 205 manatla “Paşa Kapital İnvestisiya Şirkəti” QSC, 393 994 688 manatla "AzFinance İnvestisiya Şirkəti" QSC, 90 504 381 manatla "PSG Kapital İnvestisiya Şirkəti" QSC. 36 577 459 manatla isə "Kapital Menecment İnvestisiya Şirkəti" ASC qərarlaşıb.
| Qiymətli kağızın növü | Unicapital | Invest-Az | PASHA Capital | Az Finance | PSG Capital | Capital Managment |
| Dövlət İstiqrazları | 7 975 485 | 10 210 | 473 385 665 | 210 709 951 | 24 247 | 36 382 597 |
| Korporativ İstiqrazlar | 195840 | 532 762 | 137 923 596 | 162 990 630 | 90 399 733 | 41 685 |
| Səhm | 1 200 879 482 | 9 579 | - | 23 432 | 80 400 | 153 177 |
| Repo | - | - | 862 943 | 20 270 675 | - | - |
| Törəmə maliyyə alətləri | 638 112 705 | 638 112 705 | - | - | - | - |
| Cəmi (manat) | 1 847 163 512 | 638 665 256 | 612 172 205 | 393 994 688 | 90 504 381 | 36 577 459 |