Bakı. 5 iyul. REPORT.AZ/ "Report" İnformasiya Agentliyinin analitik qrupu Azərbaycanda fəaliyyət göstərən bank təşkilatlarının 2016-ci ilin yanvar-mart aylarında kapitalın gəlirliyi (ROE əmsalı) üzrə renkinqini hazırlayıb.
Aşağıdakı cədvəldə kapitalın gəlirliyi (mənfəətin kapitala nisbəti) üzrə bankların ilk onluğu (TOP-10) əks olunub:
| № | Banklar | ROE |
| 1 | Azer-Turk Bank | 12,99 |
| 2 | Atabank | 10,18 |
| 3 | Pasha Bank | 9,41 |
| 4 | Caspian Development Bank | 8,53 |
| 5 | SilkwayBank | 4,86 |
| 6 | Ziraat Bank Azerbaijan | 3,57 |
| 7 | Parabank | 3,44 |
| 8 | Zaminbank | 3,43 |
| 9 | ASB Bank | 3,36 |
| 10 | Gunaybank | 3,22 |
* Qeyd edək ki, bir sıra bank maliyyə vəziyyətinin çətinləşməsi ilə əlaqədar göstəricilərini təqdim etməyib;
** Tam siyahı ilə tanış olmaq üçün "Report" agentliyinin iqtisadi informasiya bülleteninə abunə olmaq lazımdır.