Bakı. 10 mart. REPORT.AZ/ "Report" İnformasiya Agentliyinin analitik qrupu Azərbaycanda fəaliyyət göstərən bank təşkilatlarının 2015-ci ildə həyata keçirdiyi qeyri-faiz xərclərinin məcmu xərclərə faiz nisbətinə görə renkinqini hazırlayıb.
Aşağıdakı cədvəldə qeyri-faiz xərclərinin məcmu xərclərə nisbətinə görə bankların ilk onluğu (TOP-10) əks olunub:
| № | Banklar | Qeyri-faiz xərcləri / Xərclər (%) |
| 1 | Bank Melli İran-Baku | 98,4 |
| 2 | Ziraat Bank Azerbaijan | 83,8 |
| 3 | AFB Bank | 77,2 |
| 4 | Expressbank | 70,7 |
| 5 | Rabitabank | 68,9 |
| 6 | Parabank | 67,5 |
| 7 | Pasha Bank | 62,1 |
| 8 | ASB Bank | 60,7 |
| 9 | Accessbank | 58,6 |
| 10 | SilkwayBank | 50,9 |
* Qeyd edək ki, bir sıra bank maliyyə vəziyyətinin çətinləşməsi ilə əlaqədar göstəricilərini təqdim etməyib;
** Tam siyahı ilə tanış olmaq üçün "Report" agentliyinin iqtisadi informasiya bülleteninə abunə olmaq lazımdır.