Bakı. 29 avqust. REPORT.AZ/ "Report" İnformasiya Agentliyinin analitik qrupu Azərbaycanda fəaliyyət göstərən bank təşkilatlarının 2016-ci ilin birinci yarısında qeyri-faiz gəlirlərinin cəmi gəlirlərdə xüsusi çəkisi üzrə renkinqini hazırlayıb.
Aşağıdakı cədvəldə bankların qeyri-faiz gəlirərinin məcmu gəlirlərdə payı üzrə ilk beşliyi (TOP-5) əks olunub:
| № | Banklar | Qeyri-faiz gəlirlərinin məcmu gəlirlərdə xüsusi çəkisi (%) |
| 1 | Azer- Turk Bank | 58,22 |
| 2 | PASHA Bank | 46,53 |
| 3 | AFB Bank | 45,36 |
| 4 | YapiKredi Bank Azerbaijan | 44,04 |
| 5 | Silkway Bank | 31,96 |
* Qeyd edək ki, bir sıra bank maliyyə vəziyyətinin çətinləşməsi ilə əlaqədar göstəricilərini təqdim etməyib;
** Tam siyahı ilə tanış olmaq üçün "Report" agentliyinin iqtisadi informasiya bülleteninə abunə olmaq lazımdır.