Bakı. 9 dekabr. REPORT.AZ/ "Report" İnformasiya Agentliyinin analitik qrupu 2015-ci il oktyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən bank təşkilatlarının nizamnamə kapitalının ötən ilin müvafiq dövrünə nisbətən dinamikası üzrə renkinqini hazırlayıb.
Aşağıdakı cədvəldə nizamnamə kapitalının illik dinamikasına görə bankların ilk beşliyi (TOP-5) əks olunub:
| № | Banklar | İllik dinmaika (%-lə) |
| 1 | Parabank | 236,10 |
| 2 | Atrabank | 123,32 |
| 3 | Muganbank | 10,36 |
| 4 | Qafqaz İnkişaf Bankı | 9,62 |
| 5 | Expressbank | 9,02 |
* Qeyd edək ki, bir sıra banklar maliyyə vəziyyətinin çətinləşməsilə əlaqədar göstəricilərini təqdim etməyib;
** Tam siyahı ilə tanış olmaq üçün "Report" agentliyinin iqtisadi informasiya bülleteninə abunə olmaq lazımdır.