Bakı. 11 mart. REPORT.AZ/ "Report" İnformasiya Agentliyinin analitik qrupu Azərbaycanda fəaliyyət göstərən bank təşkilatlarının 2015-ci ildə əldə olunan mənfəətin məcmu kredit portfelinə faiz nisbəti üzrə renkinqini hazırlayıb.
Aşağıdakı cədvəldə mənfəətin kreditlərə nisbətinə görə bankların ilk onluğu (TOP-10) əks olunub:
| № | Banklar | Mənfəət / Kredit port. (%) |
| 1 | Ziraat Bank Azerbaijan | 31,0 |
| 2 | Caspian Development Bank | 7,7 |
| 3 | Bank Melli İran-Baku | 3,2 |
| 4 | ASB Bank | 1,5 |
| 5 | AFB Bank | 1,1 |
| 6 | Rabitabank | 1,0 |
| 7 | Bank Avrasiya | 0,6 |
| 8 | SilkwayBank | 0,5 |
| 9 | Kredobank | 0,5 |
| 10 | Pasha Bank | 0,4 |
* Qeyd edək ki, bir sıra bank maliyyə vəziyyətinin çətinləşməsi ilə əlaqədar göstəricilərini təqdim etməyib;
** Tam siyahı ilə tanış olmaq üçün "Report" agentliyinin iqtisadi informasiya bülleteninə abunə olmaq lazımdır.