Bakı. 16 avqust. REPORT.AZ/ "Report" İnformasiya Agentliyinin analitik qrupu Azərbaycanda fəaliyyət göstərən bankların 2017-cı ilin birinci yarımilində mənfəətin illik dinamikasına görə renkinqini hazırlayıb.
Aşağıdakı cədvəldə bankların mənfəətin illik dinamikası (2016-cı ilin I yarımilinə nisbətən) üzrə ilk beşliyi (TOP-5) əks olunub:
| № | Banklar | Xalis mənfəətin illik dinamikası, % |
| 1 | Silkway Bank | 319,7 |
| 2 | Xalg Bank | 314,1 |
| 3 | Muganbank | 141,4 |
| 4 | Bank Eurasia | 119,3 |
| 5 | ASB Bank | - 6,2 |
Qeyd edək ki, bankların bir qismində ötən ilin birinci yarısında zərər, bu ilin müvafiq dövründə isə mənfəət, digər qismində bunun əksi olduğu üçün dinamikanı hesablamaq mümkün olmayıb və həmin banklar renkinqdə yer almayıb.
**Tam siyahı ilə tanış olmaq üçün "Report" agentliyinin iqtisadi informasiya bülleteninə abunə olmaq lazımdır.