Bakı. 7 dekabr. REPORT.AZ/ "Report" İnformasiya Agentliyinin analitik qrupu 2015-ci il oktyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən bank təşkilatlarının kredit portfelinin aktivlərin strukturunda xüsusi çəkisi üzrə renkinqini hazırlayıb.
Aşağıdakı cədvəldə kredit portfelinin aktivlərdə payına görə bankların ilk onluğu (TOP-10) əks olunub:
| № | Banklar | Kredit / Aktiv (%) |
| 1 | Qafqaz İnkişaf Bankı | 95,0 |
| 2 | Gunaybank | 94,6 |
| 3 | VTB Azerbaijan | 84,8 |
| 4 | Silkway Bank | 84,0 |
| 5 | NBC Bank | 82,1 |
| 6 | Expressbank | 81,2 |
| 7 | Demirbank | 74,1 |
| 8 | Bank of Baku | 69,9 |
| 9 | Para Bank | 69,5 |
| 10 | Muganbank | 69,2 |
* Qeyd edək ki, bir sıra banklar maliyyə vəziyyətinin çətinləşməsilə əlaqədar göstəricilərini təqdim etməyib;
** Tam siyahı ilə tanış olmaq üçün "Report" agentliyinin iqtisadi informasiya bülleteninə abunə olmaq lazımdır.