Bakı. 30 sentyabr. REPORT.AZ/ "Report" agentliyinin analitik qrupu Azərbaycanda fəaliyyət göstərən bank təşkilatlarının 2015-ci ilin birinci yarısı üzrə faiz xərclərinin məcmu xərclərdə xüsusi çəkisinə görə renkinqini hazırlayıb.
Aşağıdakı cədvəldə faiz xərclərinin məcmu xərclərdə payı üzrə bankların ilk onluğu (TOP-10) əks olunub:
| № | Banklar | Faiz xərcləri / Xərclər (%) |
| 1 | Gunaybank | 75,05 |
| 2 | Qafqaz İnkişaf Bankı | 69,17 |
| 3 | Zaminbank | 63,98 |
| 4 | Turanbank | 57,98 |
| 5 | Silkway Bank | 53,27 |
| 6 | VTB Azerbaijan | 51,29 |
| 7 | ASB Bank | 41,11 |
| 8 | Muganbank | 39,13 |
| 9 | Bank Respublika | 38 |
| 10 | Azer-Turk Bank | 35,88 |
* Qeyd edək ki, bir sıra banklar maliyyə vəziyyətinin çətinləşməsilə əlaqədar göstəricilərini təqdim etməyib;
** Tam siyahı ilə tanış olmaq üçün "Report" agentliyinin iqtisadi informasiya bülleteninə abunə olmaq lazımdır.