Bakı. 15 fevral. REPORT.AZ/ "Report" İnformasiya Agentliyinin analitik qrupu Azərbaycanda fəaliyyət göstərən bankların 2017-ci ildə əldə olunan faiz gəlirlərinin məcmu gəlirlərdə xüsusi çəkisinə görə renkinqini hazırlayıb.
Aşağıdakı cədvəldə bankların faiz gəlirlərinin cəmi gəlirlərdə payı üzrə ilk onluğu (TOP-10) əks olunub:
| № | Banklar | Faiz gəlirləri / Məcmu gəlirlər, % |
| 1 | Accessbank ** | 116,82 |
| 2 | Pakistan National Bank - Baku ** | 100,73 |
| 3 | Bank of Baku | 97,44 |
| 4 | Nikoil Bank | 95,60 |
| 5 | Unibank | 89,09 |
| 6 | Xalg Bank | 88,64 |
| 7 | Turanbank | 87,63 |
| 8 | Bank Melli İran - Baku | 86,55 |
| 9 | Bank BTB | 86,01 |
| 10 | Atabank | 84,79 |
* Tam siyahı ilə tanış olmaq üçün "Report" agentliyinin iqtisadi informasiya bülleteninə abunə olmaq lazımdır;
** Bu banklarda qeyri-faiz gəlirləri mənfi olub.