Bakı. 18 dekabr. REPORT.AZ/ "Report" İnformasiya Agentliyinin analitik qrupu Azərbaycanda fəaliyyət göstərən bank təşkilatlarının 2015-ci il oktyabrın 1-nə bankomatların (ATM) sayına görə renkinqini hazırlayıb.
Aşağıdakı cədvəldə bankomatların sayı üzrə bankların ilk beşliyi (TOP-5) əks olunub:
| № | Banklar | ATM, ədəd |
| 1 | Kapital Bank | 561 |
| 2 | ExpressBank | 85 |
| 3 | Demirbank | 59 |
| 4 | Muganbank | 57 |
| 5 | Rabitabank | 49 |
* Qeyd edək ki, bir sıra banklar maliyyə vəziyyətinin çətinləşməsilə əlaqədar göstəricilərini təqdim etməyib;
** Tam siyahı ilə tanış olmaq üçün "Report" agentliyinin iqtisadi informasiya bülleteninə abunə olmaq lazımdır.