2026-cı ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 600 milyon manatı səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividentlərin payına düşəcək.
"Report" xəbər verir ki, bu, Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində əksini tapıb.
Məlumata görə, bu, 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 2 % azdır.
Xatırladaq ki, bu il büdcə gəlirlərinin 38 milyard 609 milyon manat, büdcə xərclərinin isə 41 milyard 703,6 manat olacağı gözlənilir.
Dividentlərin 2027-ci ildə 584 milyon manat, 2028-ci ildə 569 milyon manat, 2029-cu ildə isə 447,1 milyon manat proqnozlaşdırılır.