Azərbaycanda vergi daxilolmaları 68% artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda vergi orqanlarının xətti ilə dövlət büdcəsinə 9 milyard 787,4 milyon manat vəsait köçürülüb.

"Report" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.

Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 67,8% çoxdur. 

Bundan başqa, nazir qeyd edib ki, 8 aylıq vergi daxilolmalarının 5 milyard 698,8 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 33,6% çoxdur. 

Digər xəbərlər