Azərbaycanda vergi daxilolmaları 52 % artıb

Bu ilin yanvar-aprel aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 52,4 % artaraq 7 milyard 672,2 milyon manat təşkil edib.

"Report" xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov Tviterdə bildirib.

Onun sözlərinə görə, 4 aylıq vergi daxilolmalarının 4 milyard 3,4 milyon manatı qeyri-neft-qaz sektorunun hesabına formalaşıb. Bu isə 1 il əvvələ nisbətən 16,7 % çoxdur.

"Vergi daxilolmalarının artımında “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, biznes fəaliyyətinin və gəlirlərin leqallaşdırılması istiqamətində atılan addımların əhəmiyyətli rolu var", - deyə nazir qeyd edib.

Digər xəbərlər

ARDNF 3 illik auditor seçib 03 oktyabr, 2026 / 14:05
İçərişəhər auditor seçir 02 oktyabr, 2026 / 17:30