Azərbaycanda vergi daxilolmaları 34% artıb

Bu ilin I rübündə Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 34,4% artaraq 2 milyard 802 milyon 191,1 min manat təşkil edib və proqnoz 123,8% icra olunub.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

"O cümlədən, qeyri-neft sektoru üzrə vergi daxilolmaları 48,9% artaraq 2 milyard 249 milyon 381,3 min manat olub və proqnoz 128,6% yerinə yetirilib", - o qeyd edib.

Digər xəbərlər

ARDNF 3 illik auditor seçib 03 oktyabr, 2026 / 14:05
İçərişəhər auditor seçir 02 oktyabr, 2026 / 17:30