Azərbaycanda valyuta hərracında dollara tələb artıb

Bu gün Mərkəzi Bankda Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

“Report” bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumatda deyilir ki, ABŞ dollarına tələb iyulun 20-nə nisbətən 2,5 milyon ABŞ dolları və yaxud, təxminən, 4% artaraq 64,8 milyon ABŞ dolları təşkil edib. Tələb tam ödənilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

Digər xəbərlər

ATB-nin xalis mənfəəti 62 % artıb 15 oktyabr, 2026 / 12:46