Azərbaycanda ümumi depo hesablarının sayı 200 minə yaxındır

Bu il oktyabrın 1-nə Milli Depozit Mərkəzində (MDM) 196 717 hesab olub.

"Report" bu barədə MDM-ə istinadən xəbər verir.

Məlumata görə, depo hesablarının 194 981-i fiziki, 1 736-sı isə hüquqi şəxslərə məxsus olub.

Təkcə III rübdə 1 964 yeni hesab açılıb. Bunun da 1 949-nu fiziki şəxslər, 15-ni isə hüquqi şəxslər açıb.

Digər xəbərlər