Azərbaycanda uçot dərəcəsi azaldılıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin bu gündən 9,25%-dən 9%-ə endirilməsi haqda qərar qəbul edib.

“Report” AMB-yə istinadən xəbər verir ki, faiz dəhlizinin yuxarı həddi 11%, aşağı həddi isə 7% (uçot dərəcəsinə ±2%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilib. 

Qurumun rəhbərliyi faizlərə növbəti dəfə aprelin 26-da baxacaq. 

Digər xəbərlər

Azəristiliktəchizat auditor seçir 23 dekabr, 2025 / 16:51