2022-ci ildə Azərbaycanda təmassız ödənişləri qəbul edən 69 599 POS-terminal olub.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının illik “Rəqəmsal Ödənişlər İcmalı”nda bildirilir.
Sənədə əsasən, bu, 2021-ci ilin göstəricisi ilə müqayisədə 58,5 % çoxdur.
Hesabat tarixinə təmassız ödənişləri qəbul edən POS-terminallar bütün POS-terminalların 87,2 %-ni təşkil edib.