Azərbaycanda sosialyönümlü büdcə xərcləri 12 % artıb

Bu ilin I yarısında Azərbaycanın dövlət büdcəsi xərclərinin 52,4 %-i və yaxud 8 milyard 787,1 milyon manatı sosialyönlü xərclər olub.

"Report" Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 951,3 milyon manat və yaxud 12,1 % çoxdur.

Söhbət əməyin ödənişi qida məhsullarının alınması, təqaüd və sosial müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının alınması, icbari tibbi sığorta üzrə xərclərdən gedir.

Digər xəbərlər

ATB-nin xalis mənfəəti 62 % artıb 15 oktyabr, 2026 / 12:46