Azərbaycanda şirkətin yeni səhmləri listinqə daxil edilib

"Bakı Fond Birjası" QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə “Aqrar İnnovasiya və Təchizat Şirkəti” ASC-nin 100 min manat dəyərində yeni səhmləri standart bazar seqmentində listinqə daxil edilib.

“Report” bu barədə Birjaya istinadən xəbər verir.

Məlumata görə, nominal dəyəri 1 000 manat olan 100 ədəd adi, adlı, sənədsiz səhm fevralın 23-də abunə yazılışı üsulu ilə yerləşdiriləcək.

Prosesin anderrayteri “CPM İnvestisiya Şirkəti” ASC-dir. Bununla yanaşı, səhmləri almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Digər xəbərlər