Azərbaycanda sığorta bazarının 68%-i könüllü formalaşıb

Bakı. 26 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda toplanmış 414,353 milyon manatlıq sığorta haqqının 68%-i və yaxud 281,648 mln. manatı könüllü sığorta növlərinin payına düşüb.

“Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,2% və yaxud 30,861 mln. manat çoxdur.

Son 1 ildə könüllü sığorta növləri üzrə ödənişlər isə 17,8% və yaxud 22,302 mln. manat artaraq 147,726 mln. manata çatıb.

Əvəzində icbari sığorta növləri üzrə yığımlar və ödənişlər azalıb. Belə ki, 9 ay ərzində icbari sığortadan daxilolmalar 132,705 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 4,9% və yaxud 6,846 mln. manat azdır.

Hesabat dövründə icbari sığorta üzrə ödənişlər isə 1,7% və yaxud 694 min manat azalaraq 40,854 mln. manata düşüb.

Ümumiyyətlə isə, sığorta ödənişlərində könüllü sığorta növlərinin payı 78%, icbari sığorta növlərinin payı 22% olub. 

Digər xəbərlər