Azərbaycanda qeyri-həyat sığortası bazarı cüzi kiçilib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda qeyri-həyat sığortası növlərinin hesabına 362,012 milyon manat sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 0,9 % azdır.

Hesabat dövründə qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 16,8 % azalaraq 140,018 milyon manata düşüb.

Beləliklə, 2022-ci ilin yanvar-sentyabr aylarında qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 38,7 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 2021-ci ilin yanvar-sentyabr aylarında 46,1 manat olub.

Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 731,22 milyon manat məbləğində sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 11,5 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 318,615 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 14,7 % azdır.

9 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 43,6 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 57 manat olub.

Digər xəbərlər