Ötən il Azərbaycanda qeyri-həyat sığortası üzrə 460,789 milyon manat sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,4 % çoxdur.
Hesabat dövründə qeyri-həyat sığortası üzrə ödənişlərin məbləği 218,94 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 20,2 % çoxdur.
İl ərzində qeyri-həyat sığortası üzrə toplanmış hər 100 manat sığorta haqqının 47,5 manatı ödəniş edilib. 2020-ci ildə bu göstərici 42,9 manat olub.
Qeyd edək ki, ötən il Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 843,897 milyon manat məbləğində sığorta haqqı toplanılıb. Bu, 2020-ci ilə nisbətən 15,8 % çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 458,726 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 1,4 % azdır.
Ötən il sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 54,4 manatı ödəniş edilib. Əvvəlki ildə bu göstərici 63,8 manat olub.