Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda qeyri-həyat sığortası üzrə 365,536 milyon manat sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,8 % çoxdur.
Hesabat dövründə qeyri-həyat sığortası üzrə ödənişlərin məbləği isə 168,340 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 38,2 % çoxdur.
Yanvar-sentyabr aylarında qeyri-həyat sığortası üzrə toplanmış hər 100 manat sığorta haqqının 46,1 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 35,6 manat olub.
Qeyd edək ki, hesabat dövründə Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 655,62 milyon manat məbləğində sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,7 % çoxdur.
Yanvar-sentyabr aylarında sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 373,491 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 21,4 % çoxdur.
9 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 57 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 52,9 manat olub.