Azərbaycanda qeyri-həyat sığortası bazarı 29 % böyüyüb

Bu ilin yanvar-may aylarında Azərbaycanda qeyri-həyat sığortası növlərinin hesabına 275,286 milyon manat sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 28,9 % çoxdur.

Hesabat dövründə qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 3,7 % artaraq 79,638 milyon manata çatıb.

Beləliklə, 5 ayda qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 28,9 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 2022-ci ilin eyni dövründə 35,9 manat olub.

Xatırladaq ki, bu ilin yanvar-may aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 566,434 milyon manat sığorta haqqı toplanılıb. Bu, 2022-ci ilin eyni dövrünə nisbətən 32,8 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 174,436 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 35,2 % çoxdur.

5 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 30,8 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 30,2 manat olub.

Digər xəbərlər

İlin son faizini qaçırmayın! 10 dekabr, 2025 / 11:56