Bu ilin yanvar-fevral aylarında Azərbaycanda qeyri-həyat sığortası növlərinin hesabına 115,304 milyon manat sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 0,9% çoxdur.
Hesabat dövründə qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 41,4% azalaraq 28,489 milyon manata düşüb.
Beləliklə, 2022-ci ilin yanvar-fevral aylarında qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 24,7 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 2021-ci yanvar-fevral aylarında 42,5 manat olub.