Azərbaycanda pul bazası bir ildə 21%-ə yaxın artıb

Azərbaycanda pul bazası bu il iyulun 1-nə 10 376,9 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, iyunun 1-i ilə müqayisədə 204,5 milyon manat və yaxud 2,01% çoxdur.

Pul bazası ilin əvvəlinə nisbətən 831,2 milyon manat və ya 8,7% artıb, son 1 ildə isə 1 788,9 milyon manat və yaxud 20,8% artıb.

Digər xəbərlər

ATB-nin xalis mənfəəti 62 % artıb 15 oktyabr, 2026 / 12:46