Azərbaycanda problemli kreditlərin xüsusi çəkisi 6%-ə düşüb

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il iyunun 1-nə 906,9 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, mayın 1-i ilə müqayisədə 1,6% azdır.

Problemli kreditlər ilin əvvəlinə nisbətən 1,55% artıb, son 1 ildə isə 16,4% azalıb.

Mayın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 6% təşkil edib. Bu nisbət ötən ilin sonuna 6,1%, ötən il mayın sonuna isə 7,3% olub.

Digər xəbərlər