Azərbaycanda problemli kreditlərin məbləği 13 % artıb

Bu il dekabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 496,6 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, noyabrın 1-i ilə müqayisədə 3,5 % çoxdur.

Məlumata görə, ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 13,4 %, son 1 ildə isə 12,8 % artıb.

Dekabrın 1-nə vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,7 % təşkil edib. Bu nisbət noyabrın 1-nə də 1,7 %, ilin əvvəlinə 1,8 %, ötən il dekabrın 1-nə isə 1,9 % olub.

Digər xəbərlər

ATB-nin xalis mənfəəti 62 % artıb 15 oktyabr, 2026 / 12:46