Azərbaycanda problemli kreditlər artıb

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il avqustun 1-nə 937,5 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, iyulun 1-i ilə müqayisədə 2,5% çoxdur.

Problemli kreditlər ilin əvvəlinə nisbətən 5% artıb, son 1 ildə isə 11,8% azalıb.

İyulun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 6,1% təşkil edib. Bu nisbət ötən ilin sonuna da 6,1%, ötən il iyunun sonuna isə 7,3% olub.

Digər xəbərlər