Azərbaycanda problemli kreditlər 28% azalıb

Bu il iyulun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 661,2 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, iyunun 1-i ilə müqayisədə 1,9 % azdır.

Ölkədə problemli kreditlər ilin əvvəlinə nisbətən 8,1 %, son 1 ildə isə 27,7 % azalıb.

İyunun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 3,5% təşkil edib. Bu nisbət mayın sonuna 3,6%, ötən ilin sonuna 4,2%, ötən il iyunun sonuna isə 6% olub.

Digər xəbərlər

ANAMA auditor seçir 07 fevral, 2026 / 11:53
Gənclər Fondu auditor seçir 05 fevral, 2026 / 15:06