Bu il martın 1-nə Azərbaycanda 63 058 ədəd POS terminal olub.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, fevralın 1-i ilə müqayisədə 2,6% çoxdur.
POS terminalların sayı ilin əvvəlinə nisbətən 3,5%, son 1 ildə isə 9,4% artıb.
POS terminalların 42 402 ədədi Bakıda, 20 656 ədədi isə regionlardadır.