"Rabitəbank" ASC dövlətə məxsus "Azərbaycan Beynəlxalq Bankı" ASC-dən pay alıb.
"Report" bu barədə birincinin illik maliyyə (audit) hesabatına istinadən xəbər verir.
Məlumata görə, dövlət bankının 54 min manatlıq səhmləri əldə edilib.
"Rabitəbank" həmçinin "Azərbaycan Kredit Bürosu" MMC-də 250 min manatlıq, "Bakı Fond Birjası" QSC-də 240 min manatlıq, "Mastercard International"da 32 min manatlıq, "Millikart" MMC prosessinq mərkəzində isə 30 min manatlıq paya malikdir.