2024-cü ildə Azərbaycanda hüquqi şəxslərin torpaq vergisi üzrə daxilolmalar 49,4 milyon manat proqnoza qarşı icra 54,3 milyon manat (4,9 milyon manat və yaxud 9,9 % çox) icra olunub.
"Report" bu barədə "2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə istinadən xəbər verir.
Məlumata görə, bu tədiyyə növü üzrə daxil olan vəsaitin 61 %-i və yaxud 33,1 milyon manat qeyri-neft-qaz, 39 %-i və yaxud 21,2 milyon manatı neft-qaz sektorunun payına düşüb.