Azərbaycanda ötən il aqrar sahədə nəticəəsaslı büdcə göstəricisi 87 %-ə yaxın olub

2025-ci ilin dövlət büdcəsində kənd təsərrüfatı sektoru üzrə 5 icraçı təşkilatın 7 proqram üzrə 30 tədbir həyata keçirməsi üçün 1 milyard 156,5 milyon manat vəsait proqnozlaşdırılsa da, bunun 1 milyard 120,9 milyon manatı və yaxud 96,9 %-i istifadə edilib.

"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, sektor üzrə nəticə göstəricilərinin (indikator) sayı 132, nəticə göstəricilərinin icrası isə 86,8 % olub.

Sektor üzrə istifadə olunmuş vəsaitin 48,2 %-i Kənd Təsərrüfatı Nazirliyinin icra etdiyi tədbirlərin payına düşüb. Qurumun Maliyyə Nazirliyinə təqdim etdiyi 2025-2028-ci illər üzrə sektor strateji plana daxil olan proqramlar üzrə müəyyən olunmuş strateji hədəflərə qismən nail olunub, nəticələr üzrə orta statistik icra göstəricisi qənaətbəxş olub.

Digər xəbərlər

ABB Beynəlxalq Risk Forumu keçirdi 20 oktyabr, 2026 / 10:22