2019-cu ildə Azərbaycanda 81 681 milyon manat ümumi daxili məhsul (ÜDM) istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 2,2% çoxdur.
İllik ÜDM-in 50 391,8 milyon manatlıq hissəsi qeyri-neft sektorunda formalaşıb. Bu isə illik müqayisədə 3,5% çoxdur.
Ötən il adambaşına düşən ÜDM-in dəyəri isə 1,4% artaraq 8 247 manata çatıb.